Marvin Harris

Marvin Harris
Doğum tarixi 18 avqust 1927(1927-08-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 2001(2001-10-25)[1][2][…] (74 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti antropoloq, universitet müəllimi[d], sosioloq, filosof

Marvin Harris (18 avqust, 1927- 25 oktyabr, 2001) - Amerikalı antropoloq idi. Nyu-Yorkun Bruklin şəhərində anadan olub. Məhsuldar bir yazıçı olub, mədəni materializmin və ekoloji determinizmin inkişafında yüksək təsirə malik idi. O, öz əsərlərində Karl Marksın istehsal qüvvələrinə verdiyi vurğu ilə Tomas Maltusun demoqrafik amillərin sosial-mədəni sistemin digər hissələrinə təsiri haqqında fikirlərini birləşdirirdi.

Demoqrafik və istehsal faktorlarını infrastruktur kimi etiketləyən Harris bu amilləri cəmiyyətin sosial quruluşunu və mədəniyyətini müəyyən etmək üçün əsas kimi göstərmişdir. 1968-ci ildə "Antropoloji nəzəriyyənin yüksəlişi" nəşr olunduqdan sonra, Harris karyerasının qalan hissəsində antropoloqların mədəni-ekoloji əlaqələrə marağını cəmləşdirməyə kömək edib. Onun bir çox nəşrləri sadə oxucular arasında geniş tiraj qazanmışdır.

Peşəkar həyatı boyu Harris həm sadiq izləyicilər, həm də xeyli tənqidlər çəkdi. O, Amerika Antropoloji Assosiasiyasının illik yığıncaqlarında müntəzəm olaraq iştirak edirdi və burada alimləri yerdən, kürsüdən sorğu-suallara məruz qoyurdu. O, insanın mənşəyini və insan mədəniyyətlərinin təkamülünü izah edən qlobal proseslərlə maraqlanan bir generalist hesab olunur.

Harris özünün son kitabında "Postmodern Zamanda Mədəniyyət Nəzəriyyələri"ndə postmodern nəzəriyyənin siyasi nəticələrinin zərərli olduğunu müdafiə etdi, bu tənqid daha sonra filosof Riçard Volin və başqaları tərəfindən işlənib hazırlanmış tənqidlərə bənzəyirdi.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Marvin Harris // Encyclopædia Britannica (ing.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search